İyul 27, 2026-23:39
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə HADİSƏ

Liseydə müəllimi güllələməkdə təqsirləndirilən yeniyetmənin məhkəməsi qapalı keçiriləcək

2026:07:24 - 12:55
in HADİSƏ
A A
Bakıda “İdrak” liseyində müəllimi güllələməkdə təqsirləndirilən yeniyetmənin məhkəmə prosesinin qapalı keçirilməsi ilə bağlı qərar qəbul olunub.

“Report”un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə sözügedən qərar hər iki tərəfin məhkəmə iclasının yenidən qapalı keçirilməsi barədə verdiyi vəsatət üzrə qəbul olunub.

Zərərçəkən tərəf prosesin qapalı keçirilməsi üçün verilən vəsatəti sosial şəbəkədə paylaşılan postlarda yazılan mənfi rəylərlə bağlı olub.

Təqsirləndirilən şəxsin vəkili Rəşad Mirmehdizadə də vəsatəti əsaslandırarkən deyib ki, prosesdə azyaşlılar şahid qismində ifadə verəcək. Həmçinin o bildirib ki, proseslə bağlı xəbərlər yayımlananda sosial şəbəkədə təqsirləndirilən şəxsin və onun ailəsinin barəsində nalayiq rəylər yazılır. Vəkil bu səbəbdən prosesin qapalı keçirilməsini xahiş edib.

Məhkəmə vəsatəti təmin edib, prosesin qismən qapalı keçirilməsi barədə qərar qəbul olunub.

Qərarda göstərilib ki, ədalət mühakiməsinin aparıla biləməsi və şəxslərin sərbəst ifadə verməsi üçün proses qismən qapalı keçiriləcək. Hazırda qapalı iclasda tərəflərin dindirilməsi davam edir.

Qeyd edək ki, hadisə 2026-cı il fevralın 6-da Bakının Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyində baş verib.

Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, məktəbdə şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb. Fevralın 7-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda cinayət işi başlanılıb.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (Xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə yekun ittiham elan olunub.

Əvvəlki Yazı

Abituriyentlər üçün ADPU ilə yaxından tanış olmaq şansı – ali təhsil müəssisələrinin sərgisi

Növbəti Yazı

İşəgötürənlər ilin isti dövründə hansı tələblərə əməl etməlidirlər?

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.