Litva Seymi (parlament) Baltikyanı respublika hökumətindən 2026-cı ildən Belarusdan ölkəyə daxil olan yük avtomobillərində dizel yanacağının miqdarına məhdudiyyət tətbiq etməyi tələb edən təklifi təsdiqləyib. Bu barədə Delfi portalı portalı məlumat yayıb.
Sənədin qəbulunun lehinə 78 deputat səs verib, 7 deputat bitərəf qalıb.
Oktyabrın 8-də Litvanın maliyyə naziri Kristupas Vaitiekunas Litva-Belarus sərhədini keçərkən avtomobillərin çənlərində icazə verilən yanacağın miqdarına 200 litrlik məhdudiyyət qoyulmasını təklif edib.
2025-ci ilin yanvarından Latviya hakimiyyəti tərəfindən yük maşınları üçün yanacaq idxalına oxşar məhdudiyyətlər tətbiq edilib.
