Litva Prezidenti Gitanas Nausėda Sosial Demokrat Partiyasının lideri Mindauqas Sinkeviçusu hökumət başçısı təyin edib. Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Bəyanatda deyilir: “Prezident Sinkeviçiusu Baş nazir təyin etdi və ona 15 gün ərzində hökumət qurmağı, kabinet üzvlərinin namizədliyini təsdiq üçün təqdim etməyi tapşırdı”.
Çərşənbə axşamı Seym (parlament) Sinkeviçiusu hökumət başçısı vəzifəsinə təsdiqlədi. Onun namizədliyini plenar iclasda 80 parlament üzvü dəstəklədi, ikisi əleyhinə çıxdı, 28 nəfər isə bitərəf qaldı. Prezident Nauseda Sosial Demokrat liderinin iyunun 25-də baş nazir təyin edilməsini təklif etdi. 42 yaşlı siyasətçi əvvəllər Yonava rayonunun meri vəzifəsində çalışıb.
İndi təyin olunmuş baş nazir öz kabinetinin tərkibini və hökumət proqramını parlamentə təqdim etməlidir. (Tass)
