Bəzi Aİ ölkələri Ukraynanın birliyə qoşulmasına şübhə ilə yanaşır və prosesi geri çevirmək istəyirlər. Litvanın xarici işlər naziri Kestutis Budris bunu Aİ xarici işlər nazirlərinin Lüksemburqda keçirilən görüşündən əvvəl bildirib.
“Macarıstan Ukraynanın Aİ üzvlüyünə veto qoymasından sonra danışıqlarda artıq maneə qalmadı. Lakin görünür ki, bəzi ölkələr şübhə ilə yanaşır və prosesi geri çevirmək istəyirlər”, – deyə o, milli ictimai yayımçı LRT-yə bildirib.
Nazir xatırladıb ki, ilk üzvlük danışıqları paketi açıqdır və məsləhətləşmələr başlaya bilər. “Lakin ümumilikdə altı belə paket var və bu prosesdə artıq gizli məqamlar görünür”, – deyə Budris qeyd edib.
O, Ukrayna və Moldovanın Aİ-yə qəbulu ilə bağlı danışıqların beş ilə qədər davam edə biləcəyini təxmin edir. “Bu, digər məsələlərlə yanaşı, onların islahatları necə həyata keçirməsindən, qanunları necə qəbul etməsindən və Avropa qaydalarına necə uyğunlaşmasından asılıdır”, – deyə Litva diplomatı bildirib. (Tass)
