Bölgədə yeni hərbi eskalasiyanın başlamasından bəri İsrailin Livan ərazisinə endirdiyi hava zərbələri nəticəsində ən azı 773 nəfər həlak olub. Bu barədə ölkənin Səhiyyə Nazirliyi Səhiyyə Nazirliyinin yaydığı açıqlamada bildirib.
Mətndə deyilir ki, “Son 24 saat ərzində itkilərin ümumi sayı 687-dən 773-ə, yaralıların sayı isə 1586-dan 1933-ə yüksəlib. Ölənlər arasında 103 uşaq da var.” Tibb işçiləri qeyd ediblər ki, bombardmanların baş verdiyi yerdə xilasetmə əməliyyatları davam edir, buna görə də ölən və yaralananların sayı arta bilər.
Livan Daxili İşlər Nazirliyinin məlumatına görə, hərbi əməliyyatlar səbəbindən 800 mindən çox qaçqın cənubdan Beyruta və ölkənin şimalına köçürülüb.
