Livanın cənubundakı bir şəhərə İsrail hava hücumu nəticəsində ən azı dörd nəfər həlak olub, doqquz nəfər yaralanıb. Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verib.
NNA xəbər agentliyinin verdiyi məlumata görə , hücum Nəbatiyə bölgəsindəki Cəbshit kəndini hədəf alıb. Ölənlər arasında iki uşaq və bir qadın da var. (Tass)
