İsrail ordusu ölkənin şimalında hava məkanına daxil olan bir neçə partlayıcı maddə ilə yüklənmiş PUA aşkar edib. Bu barədə ordu mətbuat xidməti məlumat verib.
Onun açıqlamasına görə, dronlar Livandan şiə təşkilatı Hizbullahın bölmələri tərəfindən buraxılıb və Livan-İsrail sərhədi yaxınlığında İsrail ərazisində partlayıb.
Potensial təhlükə səbəbindən Manara və Marqaliot sərhəd kəndlərində hava hücumu xəbərdarlığı elan edilib. Tələfat barədə məlumat verilməyib.
