Belarus tərəfi Qərbin respublikaya və İrana qarşı qeyri-qanuni sanksiyalarını iqtisadi terrorizm hesab edir. Bunu Belarus prezidenti iranlı həmkarı Məsud Pezeşkianla danışıqların yekunu üzrə bəyan edib.
“Biz çoxqütblü dünya qurmağa çalışırıq ki, burada hər bir ölkə kənar müdaxilə olmadan müstəqil şəkildə öz inkişaf yolunu müəyyən edir. Belarus kollektiv Qərbin Minsk və Tehrana qarşı tətbiq etdiyi qeyri-qanuni məhdudlaşdırıcı tədbirləri iqtisadi terrorizm hesab edir. Respublikalarımız bu təcavüzkar və ikiüzlü sanksiyalar müharibəsinə uğurla müqavimət göstərirlər”, – o deyib. (Tass)
