BelTA xəbər agentliyinin verdiyi məlumata görə, Belarus Prezidenti Aleksandr Lukaşenko Müctəba Xameneini İranın Ali Lideri seçilməsi münasibətilə təbrik edib.
Prezident vurğulayıb ki, İslam Respublikası haqlı olaraq bəşəriyyətin tarixində və sivilizasiya irsində xüsusi yer tutur. BelTA-nın məlumatına görə, təbrikdə deyilir: “İran xalqının ənənələrə sədaqəti, istənilən çətinlik qarşısında dözümlülüyü və müstəqil inkişaf arzusu səmimi hörmət və etirafa layiqdir”.
“Siz ölkəyə olduqca çətin bir dövrdə rəhbərlik etməyə başladınız. Buna baxmayaraq, əminəm ki, Sizin rəhbərliyiniz altında İran öz müstəqilliyini qorumağa, sabit inkişafı təmin etməyə, mənəvi irsini qorumağa və beynəlxalq arenada rolunu gücləndirməyə davam edəcək. Bu, valideynlərinizin, ailənizin və yaxınlarınızın, eləcə də hazırda Vətənin müdafiəsi uğrunda canlarından keçən bütün iranlıların xatirəsinə ən yaxşı ehtiram olacaq”, – deyə Lukaşenko qeyd edib. (Tass)
