Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyaya işgüzar səfərə yola düşüb. O, iyunun 26-da Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.
“Birinci Pool” Telegram kanalında paylaşımda deyilir: “Aleksandr Lukaşenko Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb. Bu gün o, Vladimir Putinlə görüşəcək. İki dövlət başçısı Belarus-Rusiya əməkdaşlıq gündəliyindəki əsas məsələləri, eləcə də regional və qlobal vəziyyəti müzakirə edəcəklər ” .
