İranın zənginləşdirilmiş uranın ABŞ-a təhvil verilməsi məsələsi danışıqlar zamanı heç vaxt müzakirə olunmayıb və ya qaldırılmayıb. Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Baghaei bildirib.
O, mətbuat konfransında vurğulayıb ki, “İranın zənginləşdirilmiş uran ehtiyatlarının ABŞ-a və ya başqa bir ölkəyə ötürülməsi məsələsi nə hazırkı, nə də əvvəlki danışıqların heç bir mərhələsində qaldırılmayıb. Prinsip etibarilə, bu variant gündəmdə deyil”. (Tass)
