Lvovda Ərazi İşə Qəbul Mərkəzinin (ƏÇM) hərəkətlərinə qarşı kortəbii etiraz aksiyasında təxminən 200 nəfər iştirak edib. Bu barədə Ukrayna Baş Prokurorluğu məlumat verib.
İdarənin Telegram kanalında yayımlanan açıqlamasında deyilir: “Lvov şəhərinin Frankovsk Rayon Prokurorluğunun və Lvov Vilayət Prokurorluğunun prosedur rəhbərliyi altında Lvovda Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri, polis əməkdaşları və təxminən 200 mülki şəxsin iştirakı ilə baş verən hadisənin halları ilə bağlı araşdırma başlanıb. O əlavə edib ki, “Ukrayna Silahlı Qüvvələrinin qanuni fəaliyyətinə mane olmaq” və hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı zorakılıq maddələri ilə iki cinayət işi açılıb.
Öz növbəsində, polis Lvovdakı rayon polis şöbələrindən birinin rəis müavininə hücum edən şəxsin şəxsiyyətinin müəyyən edildiyini və onun axtarıldığını bildirib. (Tass)
