Avqust 7, 2026-14:28
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Mədəniyyət və İncəsənət Universiteti beynəlxalq tərəfdaşlıq istiqamətində fəaliyyətini genişləndirir

2026:07:29 - 15:03
in SOSİAL
A A

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) xarici universitetlər, beynəlxalq mədəniyyət təşkilatları və yaradıcı sənaye nümayəndələri ilə əməkdaşlıq çərçivəsində yeni layihələrin icrasını davam etdirir. Universitetin tələbə və professor-müəllim heyətinin beynəlxalq konfranslarda, ustad dərslərində, yaradıcılıq laboratoriyalarında, sərgi və festivallarda iştirak imkanları genişləndirilir.

ADMİU-dan AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, xarici ali təhsil müəssisələri ilə birgə seminarların, təcrübə mübadiləsi proqramlarının və ortaq yaradıcılıq layihələrinin həyata keçirilməsi istiqamətində işlər aparılır.

Universitetin əsas fəaliyyət istiqamətlərindən biri rəqəmsal transformasiya və süni intellekt texnologiyalarının yaradıcı sənayeyə tətbiqidir. Bu sahədə rəqəmsal sərgilər, multimedia layihələri, audiovizual məhsullar və rəqəmsal mədəni irs platformalarının hazırlanması üzrə beynəlxalq əməkdaşlıq imkanları inkişaf etdirilir. Universitetin Azərbaycan Respublikasının Kino Agentliyi ilə əməkdaşlığı çərçivəsində tələbələrin peşəkar kino mühitinə inteqrasiyası dəstəklənir. Animasiya rejissorluğu ixtisası üzrə tələbə tərəfindən hazırlanmış süni intellekt texnologiyalarından istifadə edilən “Oyun” adlı qısametrajlı film bu istiqamətdə uğurlu nümunələrdən biri kimi qiymətləndirilir.

Əvvəlki Yazı

Vəfadar Misirov: Bu il 150 balla qəbul aparılan ixtisasların sayı arta bilər

Növbəti Yazı

Azərbaycan Kinosu Günündə unudulmaz kino axşamı

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.