Bunun səbəbi şüuraltının reallıqla xəyalı ayıra bilməməsindədir. İnsan hədəflərini, arzularını söyləyəndə şüuraltı özünü artıq o hədəfə çatmış kimi hiss edir. Və ya siz gecə yatanda özünüz-özünüzə əsəbiləşib söylədiniz o sözləri o şəxs sizin önünüzdə varmış kimi qəbul edir. Şüuraltı o sözü o şəxsə söylədiyinizi anlayır. Şüuraltımız heç vaxt unutmur. Hətta uşaqlıqda baş verən hadisələri yaddaşında saxlayır. Buna görə də şüuraltı tərbiyə, şüuraltı terapiya çox vacibdir.
Şüuraltı terapist Nuridə Cavadova