Avqust 18, 2026-2:45
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

“Mənim şəhər dünyam” adlı beynəlxalq fotomüsabiqə elan olunub

2026:02:02 - 12:13
in MƏDƏNİYYƏT
A A

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına gedən yolda BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşəbbüsü ilə həyata keçirilən Azərbaycan Şəhərsalma Kampaniyası (#AUC2026) çərçivəsində Azərbaycan Fotoqrafiya Federasiyası və “Gilavar Foto Klubu” İctimai Birliyi tərəfindən “Mənim şəhər dünyam” (My Urban World) adlı beynəlxalq fotomüsabiqə təşkil edilir.

İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, Beynəlxalq Foto Sənəti Federasiyası (FIAP) və Beynəlxalq Bədii Fotoqraflar Assosiasiyasının (IAAP) akkreditasiyasından keçmiş fotomüsabiqənin mövzusu və məqsədi dünyada baş verən şəhərsalma prosesini fotolar vasitəsilə göstərməkdir.

Müsabiqəyə insanyönümlü şəhər, mədəni irs, tarixi binalar, yeni ilə köhnənin yanaşı mövcudluğu, əsrlərin və üslubların harmoniyası, yaşıl şəhər, ekoloji şəhər, “ağıllı şəhər”, təhlükəsiz şəhər, tikinti, yenidənqurma və bərpa işləri, sökülmüş, dağıdılmış tikililər, tərk edilmiş ərazilər, təhlükə altında olan şəhər zonaları, zamanın şəhər üzərində qoyduğu izlər, gündüz və gecə şəhəri, insanlar və şəhərlər və s. kimi mövzularda şəhərsalma prosesini əks etdirən şəkillər qəbul edilir.

Müsabiqədə iştirak üçün son müraciət tarixi 2026-cı il aprelin 30-dur. Təqdim olunan fotolar Azərbaycan, Türkiyə, Sinqapur, Yunanıstan və Şimali Makedoniyadan olan 5 nəfər peşəkar fotoqrafdan ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Müsabiqənin ən yaxşılarına qızıl, gümüş və bürünc medallar, xüsusi lentlər və diplomlar təqdim olunacaq, qaliblərin fotolarından ibarət elektron kataloq hazırlanacaq. Həmçinin WUF13-ün təşkil olunduğu mayın 17-22-də fotosərginin keçirilməsi nəzərdə tutulur.

Əvvəlki Yazı

Milli Xalça Muzeyində “Aether” adlı qrup sərgisi açılıb

Növbəti Yazı

Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.