İyun 24, 2026-22:57
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Mərkəz rəisi: ​​DTX süni intellektlə törədilən cinayətləri nəzarətdə saxlayır

2025:10:10 - 15:22
in SİYASƏT
A A
“Süni intellektdən istifadə edilməklə həyata keçirilən kibercinayətkarlıq və eləcə də müxtəlif növ cinayət halları Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən nəzarətdə saxlanılır”.

APA xəbər verir ki, bunu Bakıda keçirilən “Critical Infrastructure Defence Challenge 2025″ (CIDC 2025) adlı konfransın panel müzakirələri zamanı moderatorun “Süni intellektin imkanlarından istifadə etməklə həyata keçirilən kiberhücumlara, eləcə də müxtəlif növ cinayətkarlığa qarşı mübarizəyə dair hansı addımlar atılır?” sualını cavablandıran DTX-nin Kibertəhlükəsizlik əməliyyatları mərkəzinin rəisi Davud Rüstəmov deyib.

O, son zamanlar bütün sahələrdə müşahidə edilən süni intellekt həllərinin tətbiqinə dair artmaqda olan tendensiyanı vurğulayaraq, süni intellektin cinayət məqsədləri üçün istifadəsinə dair maraqların da sürətlə artdığı barədə danışıb.

D.Rüstəmov bildirib ki, süni intellektdən istifadə edilməklə həyata keçirilən kibercinayətkarlıq və eləcə də müxtəlif növ cinayət halları DTX tərəfindən nəzarətdə saxlanılır: “Qeyd edilməlidir ki, dünyada süni intellektdən istifadə edilməklə törədilən təxribat cinayətlərinin miqyasında diqqətçəkən artım dinamikası müşahidə edilir. Əməliyyat şəraitinə nəzarət zamanı əldə olunan təcrübə, eləcə də tərəfdaş xarici xüsusi xidmət orqanları ilə aparılan əməkdaşlıq çərçivəsində bu qənaət daha da güclənməkdədir. Xaricdə aparılan araşdırmaların birində Böyük Dil Modelinin (LLM – Large Language Model) qanunsuz istifadəsinə dair hallar aşkar edilib. Bu da cinayətkar şəbəkələrə təxribat cinayətlərinin törədilməsində mürəkkəb ssenarilər hazırlamağa imkan verir”.

Əvvəlki Yazı

XİN: Qəzzaya humanitar yük aparan gəmidə saxlanılan iki Azərbaycan vətəndaşı sərbəst buraxılıb

Növbəti Yazı

Növbəti köç karvanı Xocalının Ballıca və Təzəbinə kəndlərinə çatıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.