Avqust 15, 2026-16:14
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Mərkəzi Elmi Kitabxananın tərtibatında professor Məqsəd Səttarovun biblioqrafik göstəricisi nəşr edilib

2025:09:04 - 14:00
in SOSİAL
A A

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru professor Məqsəd Səttarovun biblioqrafik göstəricisi çapdan çıxıb.

MEK-dən AZƏRTAC-a bildirilib ki, görkəmli filosof-alimin elmi fəaliyyəti əsasən din və ateizm tarixi, ictimai şüurun qanunauyğunluqları, İslamın Azərbaycanın mənəvi-mədəni həyatındakı rolu və ictimai şüurun strukturu kimi mövzuları əhatə edir. Professor Məqsəd Səttarov 10 monoqrafiya, 4 kitab, 21 kitabça və 60-a yaxın məqalənin müəllifidir.

“Azərbaycan Respublikasının elm xadimləri” seriyası altında yeni tərtibatda nəşr olunan biblioqrafik göstəriciyə alimin həyatı, elmi-pedaqoji və ictimai fəaliyyəti haqqında qısa oçerk, həmçinin elmi əsərləri, dövri və seriyalı nəşrlərdə Azərbaycan və rus dillərində dərc olunmuş məqalələri barədə məlumat daxil edilib.

Vəsaitdə professor Məqsəd Səttarovun redaktə etdiyi kitablar, görkəmli elm və mədəniyyət xadimlərinin alim haqqında fikirləri, elmi rəhbəri və məsləhətçisi olduğu dissertasiya işləri barədə də məlumat öz əksini tapıb.

Görkəmli alimin 100 illik yubileyi münasibətilə tərtib olunan vəsaitin elmi redaktoru MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov, redaktorları Biblioqrafiya şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyeva və Elmi biblioqrafiya sektorunun rəhbəri Nərgiz Novruzova, tərtibçisi şöbənin əməkdaşı Natəvan Rəhimovadır.

Biblioqrafik göstərici fəlsəfə, din, ontologiya, qnoseologiya və etika sahəsində çalışan alim və mütəxəssislər, doktorantlar, ali məktəb tələbələri, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Əvvəlki Yazı

Yusif Səmədoğlunun 90 illiyi qeyd ediləcək – SƏRƏNCAM

Növbəti Yazı

Ağsuda tarixçi-alimə həsr edilmiş elmi-praktik konfrans keçirilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.