Venesuela prezidenti Nikolas Maduro respublikanın ABŞ-ın son 100 ildə ən böyük işğal təhlükəsi ilə üz-üzə qaldığını bildirib.
“Venesuela qitəmizin son 100 ildə üzləşdiyi ən böyük təhlükə ilə üz-üzədir. 1200 raketi olan səkkiz hərbi gəmi və bir nüvə sualtı qayığı ölkəmizi hədəfə alır”, – dövlət başçısı mətbuat konfransında deyib. O, işğal təhlükəsini “həddindən artıq, əsassız və tamamilə cinayət” adlandırıb. Prezident vurğulayıb ki, “maksimum hərbi təzyiq şəraitində Venesuela müdafiəyə maksimum hazır olduğunu bəyan edib”.
Prezident ABŞ dövlət katibi Marko Rubionu Venesuelaya təzyiq etməkdə və Latın Amerikasında vəziyyəti sabitliyi pozmaqda ittiham edib. Venesuela lideri bildirib ki, Rubio “qan tökmək və [ABŞ prezidenti Donald] Trampın adını qana boyamaq, Venesuela, Cənubi Amerika və Karib hövzəsi xalqlarına qarşı müharibəyə başlamaq niyyətindədir. (Tass)
