Macarıstanın yeni Baş naziri Peter Magyar tezliklə Vladimir Zelenski ilə görüşəcəyini bildirib.
“Dünən Prezident Zelenski ilə qısa danışmaq imkanım oldu və yaxın gələcəkdə ikitərəfli görüş barədə razılığa gəldik”, – deyə Magyar NATO-nun Ankarada keçirilən sammitinin ikinci günündə görüş başlamazdan əvvəl jurnalistlərə bildirib. Zelenski qonaq kimi dəvət olunmuşdu.
Onlar bundan əvvəl 19 iyunda Brüsseldə keçirilən və Zelenskinin də qatıldığı Avropa Birliyi sammitində qısaca danışmışdılar. Lakin son illərdə xeyli pisləşən iki ölkə arasında münasibətləri normallaşdırmaq üçün tamhüquqlu görüşün təşkili hələlik mümkün olmayıb.
