Avropa İttifaqı ABŞ və Çinin artan təzyiqinə tez bir zamanda cavab vermək niyyətindədir. Fransa Prezidenti Emmanuel Makron bunu Belçikada keçirilən qeyri-rəsmi Aİ sammitinə gəlişində bildirib.
Makron qeyd edib ki, “Bizə qarşı təzyiq artır, o cümlədən Çindən gələn ədalətsiz rəqabət və ABŞ tərəfindən tətbiq edilən tariflər vasitəsilə. Bütün bunlar cavab tələb edir”.
Onun sözlərinə görə, “AB-nin hazırda prioriteti, ilk növbədə, çox sürətli reaksiyadır”.
Makron vurğulayıb ki, buna nail olmaq üçün Avropa İttifaqı rəqabət qabiliyyətini artırmalı, enerji məsələlərini həll etməli, mövcud tərəfdaşlıqları genişləndirməli və yenilərini qurmalıdır. (Tass)
