Fransada 15 yaşdan kiçik uşaqlar üçün sosial medianı qadağan edən qanun sentyabr ayında yeni tədris ilinin əvvəlində qüvvəyə minəcək. Bu barədə Fransa Prezidenti Emmanuel Makron bildirib.
“Mən söz verdim və indi qanun qəbul edildi: tədris ilinin əvvəlindən 15 yaşdan kiçik uşaqlar üçün sosial media qadağan ediləcək. Parlament üzvləri, təşəkkür edirəm. İndi məsələ Konstitusiya Şurasından, daha sonra isə bu tədbiri həyata keçirmək və uşaqlarımızı onlayn qorumaq üçün konkret tədbirlərdən gedir”, – deyə o, X-də yazıb. (Tass)
