İyul 9, 2026-15:48
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Malayziya universitetində sərgidə Azərbaycanın mədəni irsi və turizm potensialı nümayiş olunur

2025:11:06 - 12:20
in MƏDƏNİYYƏT
A A

Azərbaycan Malayziyanın nüfuzlu ali təhsil müəssisələrindən olan Malayziya Beynəlxalq İslam Universitetinin (“International Islamic University Malaysia”, IIUM) nəzdində fəaliyyət göstərən Mədəniyyət Mərkəzi ilə birgə ənənəvi keçirilən sərgidə təmsil olunur.

AZƏRTAC xəbər verir ki, müsəlman ölkələrinin mədəniyyəti və turizminin təbliğatına həsr olunan sərgidə Malayziya, İndoneziya, Oman, Yəmən, Suriya da daxil olmaqla bir neçə ölkənin milli stendləri sərgilənib.

Malayziyadakı səfirliyimizin təşkilatçılığı ilə Azərbaycan milli stendində xalqımızın zəngin mədəni irsi və ölkəmizin turizm imkanları təqdim olunur. Stendi ziyarət edənlərə Azərbaycanın tarixi, adət-ənənələri, turizm sahəsində əldə etdiyi nailiyyətlər, mövcud turizm marşrutları, UNESCO-nun maddi və qeyri-maddi mədəni irs siyahısına salınan nümunələr, eləcə də qış turizm imkanları barədə ətraflı məlumat verilir, milli geyimlərimiz, xalçalarımız, kəlağayı və digər sənətkarlıq nümunələri nümayiş etdirilir.

Sərginin açılış mərasimində Malayziyanın dini işlər nazirinin müavini Zulkifli Hasan, diplomatik korpusun nümayəndələri, universitetin professor-müəllim heyəti və tələbələr iştirak edib.

Sərgi noyabrın 7-dək davam edəcək.

Əvvəlki Yazı

Bakı şəhəri 225 nömrəli məktəbdə Zəfər Gününə həsr olunmuş möhtəşəm tədbir keçirilib

Növbəti Yazı

Ombudsman Zəfər Gününün 5-ci ildönümü ilə əlaqədar Bəyanat yayı

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.