Nyu-York merliyinə namizəd Zöhran Məmdani vəzifəyə başlamazdan əvvəl ABŞ prezidenti Donald Trampla əlaqə saxlamaq niyyətində olduğunu açıqlayıb.
O, NBC New York telekanalına Trampa zəng etməyi planlaşdırdığını soruşduqda , “Vəzifəsini tutmağa hazırlaşarkən Ağ Evlə əlaqə saxlayacağam” deyib.“Mən ona deyəcəyəm ki, bu şəhəri vətəni adlandıranların hamısının xeyrinə işləmək niyyətindəyəm və fürsət yaranarsa, bu məqsədə çatmaq üçün əməkdaşlığa hazıram. Amma bu əməkdaşlıq Nyu Yorkluların zərərinə olarsa, mən buna qarşı çıxacağam.”
Nyu-York meri seçkiləri noyabrın 4-də baş tutub. Tramp sakinləri müstəqil namizəd Endryu Kuomoya səs verməyə çağırıb və kommunist hesab etdiyi Mamdaninin qalib gələcəyi təqdirdə Nyu-York şəhəri üçün federal maliyyəni məhdudlaşdıracağı ilə hədələyib. Seçilmiş mer özü özünü “demokratik sosialist” kimi qələmə verir. (Tass)
