Meksika və ABŞ birgə təhlükəsizlik əməkdaşlığında əhəmiyyətli nəticələr əldə ediblər. Bu barədə Meksika prezidenti Klaudiya Şeynbaum ABŞ prezidenti Donald Trampla telefon danışığından sonra bildirib.
Şeynbaum gündəlik mətbuat konfransında qeyd edib ki, “Təhlükəsizlik məsələləri üzrə birgə işləməyi müzakirə etdik. Bu əməkdaşlıqdan bəzi çox vacib nəticələr var. Məsələn, Meksikadan ABŞ-a fentanil axını 50% azaldılıb”.
