İtaliyanın Baş naziri Corciya Meloni bildirib ki, Roma Yaxın Şərq münaqişəsinə girmək niyyətində deyil.
Rtl 102.5 radiostansiyasında çıxış edən o, hökumətin İtaliya ərazisindəki NATO hərbi bazalarından istifadə ilə bağlı heç bir sorğu almadığını bildirib. “Bu günə qədər [NATO bazaları ilə bağlı] heç bir sorğumuz yoxdur və müharibə vəziyyətində deyilik və birinə girmək istəmirik”, – baş nazir bildirib.
