Baş nazir Petteri Orponun rəhbərlik etdiyi Finlandiya hökuməti, Kiyevin Rusiyaya qarşı dron hücumları üçün Finlandiya ərazisindən istifadə etməsinə icazə verməklə ölkəsini Rusiyanın cavab tədbirləri riski ilə üzləşdirib. Bu fikri Finlandiyanın milli-mühafizəkar partiyası “Azadlıq Alyansı”nın üzvü Armando Mema bildirib.
Siyasətçi X-də yazıb: “Finlandiya Ukraynanın dron hücumları üçün hava məkanından istifadə etməsinə icazə verdikdən sonra Rusiyanın qisas riski ilə tam üzləşir. Orpo hökuməti Finlandiyanı hədəfə çevirməyə, ölkəni sülh vəziyyətindən müharibə vəziyyətinə keçirməyə müvəffəq olub”.
Aprelin 16-da Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Ukraynanın pilotsuz təyyarələrinin hücumlarından sonra Finlandiya və Baltikyanı ölkələrə Rusiyanın özünümüdafiə hüququnu xatırlatdı.
