Almaniya kansleri Fridrix Merts bildirib ki, Rumıniyada pilotsuz təyyarənin vurulması, guya, NATO-nun şərq cinahında gücləndirilmiş iştirakına ehtiyac olduğunu göstərir.
Merz X-də yazıb: “Bu hadisə bir daha göstərir ki, şərq cinahımızda güclü NATO varlığına ehtiyacımız var. Biz alyansın ərazisini müdafiə etməyə hazırıq”.
Rumıniya Müdafiə Nazirliyi daha əvvəl Qalatsi şəhərindəki çoxmənzilli binanın damına pilotsuz təyyarənin düşdüyünü bildirmişdi. Buxarest hadisəyə görə Rusiyanı günahlandırmışdı. Ölkənin Xarici İşlər Nazirliyi diplomatik səviyyədə görəcəyi tədbirlər barədə məlumat vermək üçün Rusiya səfirini çağırdığını bildirmişdi. (Tass)
