Avqust 14, 2026-14:13
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Metro rəsmisi: “Xətlərin ayrılması üçün birləşdirici tunel mürəkkəb geoloji şəraitdə inşa ediləcək”

2026:08:13 - 11:03
in SOSİAL
A A

“Bakı Metropoliteni” QSC-də Yaşıl və Qırmızı xətlərin ayrılması layihəsinin ən mürəkkəb hissələrindən biri birləşdirici tunelin inşasıdır.

“Report” xəbər verir ki, bunu səhmdar cəmiyyətinin baş mühəndisi Namiq Yusubov jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, tikinti işləri mürəkkəb geoloji şəraitə malik ərazidə aparılacaq: “Həmin ərazidə birləşdirici tunellə yanaşı, yol infrastrukturu və mühəndis qurğularının tikintisi kimi mürəkkəb işlərin görülməsi də nəzərdə tutulur. Layihənin digər mühüm istiqaməti “Dərnəgül” elektrik deposunun tikintisinin tam başa çatdırılmasıdır”.

Metro rəsmisinin sözlərinə görə, depoda nəzərdə tutulan 25 qanovdan 12-si istismara verilib: “İstifadəyə verilmiş sahələrə 3 qaldırma və 9 təmir-baxış qanovu daxildir. Burada Yaşıl xətt üzrə qatarların gündəlik istismarının təşkili və texniki baxışının həyata keçirilməsi üçün lazımi şərait yaradılıb. Depoya aparan iki kilometrə yaxın yol inşa olunub, mühəndis-texniki qurğuların tikintisinə başlanılıb. Qanovlarda təmir işlərinin yüksək səviyyədə aparılması üçün işçilərə lazımi şərait yaradılıb. Deponun ikinci mərhələsinin istismarına başlanması ilə əlaqədar işçi heyətinin sayı artırılıb”.

“Deponun tikintisinin 2027-ci ilin sonunda – 2028-ci ilin əvvəlində tam başa çatdırılması planlaşdırılır. Tikinti işləri mərhələli şəkildə davam etdiriləcək və depo tam fəaliyyətə başladıqdan sonra Yaşıl xətt üzrə qatarların müstəqil istismarı üçün bütün imkanlar yaradılacaq”, – deyə N.Yusubov əlavə edib.

Əvvəlki Yazı

Amaliya Pənahovanın qılıncı satışa çıxarılıb

Növbəti Yazı

Naxçıvan Azərbaycanın nəqliyyat və enerji strategiyalarının əsas mərkəzlərindən birinə çevriləcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.