Mexikoda qaz tankerinin partlaması nəticəsində yaralıların sayı 70-ə çatıb, 3 nəfər ölüb. Bu barədə Meksikanın paytaxtının meri Klara Bruqada X-dəki səhifəsində məlumat verib.
“Sizə məlumat vermək istərdim ki, hazırda 70 itki qeydə alınıb və təəssüf ki, üç nəfər ölüb”, – Bruqada yazıb.
O, daha əvvəl bildirib ki, ilkin versiyaya görə, qaz daşıyan yük maşını paytaxtın İztəpalapa rayonunda aşıb. Aşmadan sonra silsilə partlayışlar baş verib. (Tass)
