Avqust 8, 2026-8:58
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Mikayıl Cabbarov: “Süni intellekt sayəsində karbamid zavodunda istehsal artıb”

2026:08:07 - 17:08
in İQTİSADİYYAT
A A
Azərbaycan Dövlət Neft Şirkətinin “SOCAR Karbamid” zavodu qabaqcıl texnologiyalar və yerli mütəxəssislərin peşəkarlığı sayəsində uğurlu rəqəmsal transformasiya nümunəsi kimi qiymətləndirilir.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Nazirin sözlərinə görə, 2023-cü ildə SOCAR ABŞ-nin “McKinsey” şirkəti ilə strateji tərəfdaşlığı çərçivəsində başlanılan və iki il yarım davam edən “SOCAR Karbamid” zavodunda rəqəmsal transformasiya süni intellektin, rəqəmsal platformaların və innovativ texnoloji həllərin əməliyyatların modernləşdirilməsində yaratdığı böyük potensialı nümayiş etdirir.

O bildirib ki, “EnergyAI” platforması, proqnozlaşdırıcı texniki xidmət və müəssisənin ehtiyaclarına uyğunlaşdırılmış rəqəmsal həllər, eyni zamanda SOCAR Rəqəmsal Akademiyası vasitəsilə kadr potensialının gücləndirilməsi nəticəsində istehsal həcmi artıb: “Enerji səmərəliliyi, eləcə də əməliyyatların etibarlılığı yüksəldilib, həmçinin yerli mütəxəssislərin peşəkar inkişafına dəstək verilib. Bu transformasiyanın “McKinsey” şirkətinin rəsmi internet səhifəsində yer alması bir daha onun qlobal əhəmiyyətini göstərir”.

M. Cabbarovun fikrincə, bu təşəbbüs SOCAR-ın rəqəmsal transformasiya sahəsində əldə etdiyi mühüm nailiyyətlərə əsaslanır: “Şirkətin Dünya İqtisadi Forumunun (World Economic Forum) “Digital Lighthouse” statusuna üç dəfə layiq görülməsi onu sənaye sahəsində rəqəmsal innovasiyalar üzrə seçilən qlobal liderlər sırasında qərarlaşdıran əhəmiyyətli göstəricidir. “SOCAR karbamid”də qazanılmış təcrübə isə SOCAR-ın digər fəaliyyət istiqamətlərinin, eləcə də Azərbaycanın sənaye sektorunun rəqəmsal transformasiyası üçün daha geniş miqyasda tətbiq edilə bilən uğurlu model təqdim edir”.

Əvvəlki Yazı

Prezident İlham Əliyevin həyata keçirdiyi strateji nəqliyyat siyasəti Orta Dəhlizin qlobal əhəmiyyətini daha da artırıb- ŞƏRH

Növbəti Yazı

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.