Aprel 27, 2026-5:44
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Milli kibertəhlükəsizlik ekosisteminin formalaşmasının elmi problemləri araşdırılır

2026:04:13 - 12:03
in SOSİAL
A A

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda “Rəqəmsal dövlət platformasında kibersuvreneliyin təmin olunmasının əsas istiqamətləri və milli kibertəhlükəsizlik ekosisteminin formalaşmasının elmi-texnoloji problemləri” mövzusunda elmi seminar keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

Seminarda məruzə ilə çıxış edən texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev müasir dövrdə kibersuverenliyin qabaqcıl dövlətlərin strateji inkişafında mühüm yer tutduğunu bildirib. Rəqəmsal transformasiya şəraitində suverenlik məfhumu genişlənərək artıq yalnız coğrafi məkanda deyil, həm də virtual məkanda informasiya axınlarına nəzarət, şəbəkə-kommunikasiya resurslarının idarə olunması, milli məlumatların qorunması və digər strateji məsələlər ilə müəyyən edilir. Bu baxımdan dövlətin kibersuverenliyi milli təhlükəsizliyin ali məqsədlərindən biri kimi çıxış edir.

Məruzədə qloballaşmanın yaratdığı rəqəmsal çağırışlar, onların doğurduğu risklər və kibertəhlükələr geniş şəkildə təhlil olunub. Qeyd edilib ki, xarici ölkələr və şirkətlər tərəfindən təqdim olunan bir sıra xidmətlər və resurslar, bulud texnologiyaları, proqram təminatı vasitələri və s. kimi platformalardan asılılıq ölkənin kibersuverenliyi üçün ciddi risklər yaradır.

Həmçinin Milli Kibertəhlükəsizlik Sisteminin yaradılmasının konseptual və arxitektura-texnoloji əsasları təqdim olunub. Bununla yanaşı, ölkə miqyasında bütün qurumlara məxsus rəqəmsal obyektlərin operativ, taktiki və strateji səviyyələrdə kibertəhlükəsizliyinin təmin olunması vəziyyətinin ölçülməsi, qiymətləndirilməsi və təhlili üçün müxtəlif məqsədli xüsusi indikatorların, həmçinin onların əsasında milli indeksin işlənilməsi məsələləri müzakirə edilib.

Mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, təqdim olunan konseptual modelin reallaşdırılması imkanları müzakirə olunub və bir sıra təkliflər irəli sürülüb.

Sonra AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev mövzu ilə bağlı çıxış edərək Azərbaycanın yeni rəqəmsal arxitekturası çərçivəsində rəqəmsal dövlətin formalaşmasının əsas dayaqlarından birinin milli kibertəhlükəsizlik ekosisteminin və onun vəziyyətini xarakterizə edən proseslərin ölçülməsi mexanizmlərinin yaradılması olduğunu vurğulayıb.

Akademik deyib ki, son zamanlar süni intellekt texnologiyalarının təqdim etdiyi imkanlar və reallıqlar kontekstində milli kibertəhlükəsizlik sistemi yalnız mövcud kibertəhlükələrə cavab verməklə kifayətlənməməli, eyni zamanda, anomal situasiyalar və insidentlər haqqında toplanmış kritik əhəmiyyətə malik data resursların intellektual analizi nəticəsində gələcək təhdidləri proqnozlaşdıran və önləyən proaktiv mexanizmlərə əsaslanmalıdır. Bu baxımdan ölçülə bilən indikatorlara əsaslanan modellərin, xüsusilə də Milli Kibertəhlükəsizlik İndeksinin işlənilməsi və tətbiqi dövlət idarəetməsində yeni keyfiyyət mərhələsinin formalaşmasına xidmət edir. Həmçinin aparılan bu kompleks tədqiqatların əsasında rəqəmsal dövlətin dayanıqlı və etibarlı fəaliyyətinin təmin olunmasına xidmət edən milli kibertəhlükəsizlik observatoriyasının elmi-nəzəri və arxitektura əsaslarının işlənilməsi problemi xüsusi aktuallıq kəsb edən prioritet vəzifə kimi alimlərin diqqətinə çatdırılıb.

Əvvəlki Yazı

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə elektron sənəd qəbulu aparılır

Növbəti Yazı

Yekaterinburq məhkəməsi Şahin və Mutvalı Şıxlınskini uzunmüddətli həbs cəzasına məhkum edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.