Myanmanın yeni prezidenti Min Aung Hlaing rəsmi olaraq vəzifəsinin icrasına başlayıb. Andiçmə mərasimi Birlik Assambleyasında (parlament) parlament üzvlərinin iştirakı ilə baş tutub.
Myanma Konstitusiyasına görə, prezident beş illik müddətə seçilir. Min Aung Hlaing Birinci və İkinci Vitse-prezidentlər Nyo Soe və Nan Ni Ni Ei ilə birlikdə and içərək vəzifəsinin icrasına başlayıb.
Aprelin 3-də Xalq Nümayəndələri Palatasının (aşağı palata) və Millətlər Palatasının (yuxarı palata) üzvlərinin əksəriyyəti Min Aunq Hlainin prezidentliyə namizədliyini dəstəkləyib. Myanmanın yeni seçilmiş prezidenti əvvəllər 2011-ci ildən bəri tutduğu silahlı qüvvələrin baş komandanı vəzifəsindən istefa vermişdi. Onun yerinə Ye Vin Oo gəlib. (Tass)
