İyun 4, 2026-11:22
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Mingəçevir Dövlət Universitetinin professor-müəllim heyəti məktəblilərlə görüşüb

2025:04:08 - 13:20
in SOSİAL
A A

Mingəçevir Dövlət Universiteti (MDU) 2025/2026-cı tədris ili üçün tələbə qəbulunun təşviq edilməsi məqsədilə təbliğat və təşviqat işlərinə başlayıb. Universitetin işçi qrupları çərçivəsində təşkil edilən görüşlərdən biri Yevlax rayonunun Xaldan kənd kompleks tam orta məktəbinin buraxılış sinif şagirdləri ilə keçirilib.

Bu barədə AZƏRTAC-a MDU-dan məlumat verilib. Görüşdə məktəbin direktoru Günel Yusifzadə çıxış edərək, Xaldan kənd məktəbinin son illərdə əldə etdiyi uğurlardan bəhs edib. Daha sonra MDU-nun nümayəndələri şagirdlərə ali təhsil və bu universitetin təklif etdiyi imkanlar haqqında məlumat veriblər.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Namaz Manafov MDU-nun tələbə olmaq üçün Mingəçevir Dövlət Universitetini seçməyin önəmini vurğulayıb və şagirdləri universitetə dəvət edib. N. Manafov universitetin tədris prosesi, ixtisaslar və şagirdlərə təqdim olunan imkanlar haqqında ətraflı məlumat verib.

MDU-nun baş müəllimi, iqtisad üzrə fəlsəfə doktoru Məlahət Rəhimova universitet haqqında videotəqdimat edib.

Görüşdə iştirak edən MDU-nun dosenti, iqtisad elmləri üzrə fəlsəfə doktoru Ofeliya Səmədova isə Xaldan kənd məktəbindəki təhsil illərini xatırlayaraq, universitetdəki təcrübəsi və imkanları haqqında fikirlərini şagirdlərlə bölüşüb.

MDU-nun Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə II kurs magistrantı Nigar Salahova və I kurs tələbəsi Aygün Mustafayeva universitetdəki tədris şəraiti və imtiyazlar haqqında məlumat verərək, gələcəyin tələbələrinə Mingəçevir Dövlət Universitetini seçməyi tövsiyə ediblər.

Görüşün sonunda universitet müəllimləri Xaldan kənd məktəbinin buraxılış sinif şagirdlərinin suallarını cavablandırıblar.

Əvvəlki Yazı

Azərbaycanlı akademik “Şərəf” ordeni ilə təltif edilib

Növbəti Yazı

Nazir: Məktəbli avtobusu ilə bağlı layihə hazırlanır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.