Aprel 19, 2026-1:32
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

MM kənd təsərrüfatı subsidiyalarına nəzarət mexanizminin gücləndirilməsini son oxunuşda qəbul edib

2025:05:01 - 11:32
in İQTİSADİYYAT
A A

Azərbaycanda kənd təsərrüfatı subsidiyalarına, güzəştli kreditlərə, lizinq mexanizmlərinə, eləcə də kənd təsərrüfatı istehsal vasitələrinin güzəştli şərtlərlə satışına nəzarət tədbirləri gücləndiriləcək.

“Report” xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə yeni maddənin (30.6.18) əlavə edilməsi haqqında layihə Milli Məclisin bugünkü plenar iclasında son oxunuşda müzakirə olunub.

Qeyd edilib ki, bundan əlavə, ərzaq məhsullarının (dövlət ehtiyatları üçün alınan məhsullar istisna olmaqla) dövlət büdcəsinin vəsaitləri hesabına mərkəzləşdirilmiş qaydada satın alınması da nəzarət çərçivəsinə daxil ediləcək.

Bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyi və onun tabeliyindəki qurumlar subsidiyaların, güzəştli kreditlərin və lizinq əməliyyatlarının verilməsini, maliyyələşdirilməsini və həmin vəsaitlərin təyinatı üzrə istifadəsinə nəzarəti həyata keçirəcək.

Səlahiyyətlərin icrası çərçivəsində “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası” (Prezidentin 27 iyun 2019-cu il tarixli 759 nömrəli fərmanı) və “Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası” (19 dekabr 2018-ci il tarixli 413 nömrəli fərman) əsas götürüləcək.

Layihədə vurğulanır ki, bu mexanizmlər çərçivəsində dövlət vəsaitlərindən səmərəli istifadənin təmin edilməsi və sui-istifadə hallarının qarşısının alınması üçün kənd təsərrüfatı məhsullarının istehsalçıları, tədarükçüləri və təchizatçıları Kənd Təsərrüfatı Nazirliyinə müvafiq məlumatlar təqdim etməlidir. Bu məlumatların dəqiqliyini yoxlamaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS) və Kənd Təsərrüfatı Nazirliyinin “Elektron kənd təsərrüfatı” informasiya sistemi (EKTİS) arasında məlumat mübadiləsinin aparılması nəzərdə tutulur.

Məlumatların tərkibində vergi sirri hesab edilən informasiyalar da ola biləcəyindən, onların ötürülməsinin hüquqi əsaslarının yaradılması məqsədilə Vergi Məcəlləsinin 30.6-cı maddəsinə dəyişiklik edilir.

Bu dəyişiklik nəticəsində vergi orqanlarının vəzifəli şəxsləri aqrar sahəyə dair dövlət dəstəyi tədbirlərinin daha ünvanlı və şəffaf icrasını təmin etmək üçün zəruri məlumatları müvafiq icra hakimiyyəti orqanına təqdim edə biləcək. Hüquqi bazasının yaradılması nəticəsində müraciət edən şəxslərin əlavə sənəd və məlumatlar təqdim etməsinə ehtiyac qalmayacaq.

Layihə müzakirələrdən sonra səsverməyə çıxarılıb və üçüncü oxunuşda qəbul edilib.

Əvvəlki Yazı

“Tərtər işi” ilə bağlı ittiham olunan bir qrup şəxs barəsində qərar verilib

Növbəti Yazı

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.