Moldova hökuməti 1992-ci ildə Bişkekdə imzalanmış informasiya əməkdaşlığı müqaviləsindən çıxmağı təsdiqləyib. Qərar Nazirlər Kabinetinin saytında canlı yayımlanan iclasda qəbul edilib.
Qətnamə layihəsini təqdim edən mədəniyyət naziri Dan Suruceanu izah etdi ki, “Saziş informasiya mübadiləsinin sərbəst şəkildə aparılmasını və informasiya sahəsində əməkdaşlığın inkişafını təşviq etmək məqsədi daşısa da, onun təmin etdiyi bəzi mexanizmlər mövcud regional kontekstdə dezinformasiya üçün istifadə edilə bilər”. Qərar Parlament tərəfindən təsdiqlənməlidir.
