Moldova parlamentindəki müxalifət respublikanın Ukraynanın Rusiya Federasiyasına qarşı iddialarını nəzərdən keçirmək üçün beynəlxalq komissiyanın yaradılması konvensiyasına qoşulması məsələsinin səsvermədən çıxarılmasını tələb edib. Parlamentin saytında yayımlanan iclasda Sosialist Partiyası, Kommunist Partiyası və Bizim Partiyadan olan fraksiyalar, eləcə də bəzi deputatlar təklifin əleyhinə səs veriblər. Lakin parlament çoxluğu olan Qərbyönlü Fəaliyyət və Həmrəylik Partiyası etirazı dəstəkləməyib.
“Konstitusiyaya görə, Moldova Respublikası (RM) neytral dövlətdir. Biz RM-in maraqlarına zidd olan sənədin gündəmdən çıxarılmasını tələb edirik”, – deyə Kommunist Partiyasının lideri Diana Karaman bildirib.
O qeyd edib ki, konvensiyanın ratifikasiyası üçün təşkilatda maliyyə iştirakı tələb olunacaq. Siyasətçi qeyd edib ki, Moldovanın dövlət büdcəsinin kəsiri artıq 1 milyard avronu keçib və ölkənin özü korrupsiya qalmaqallarında batıb. (Tass)
