Müxalif Vətənpərvər Blok Moldovada parlament seçkilərinin nəticələrinə etiraz edərək, hakimiyyəti manipulyasiyada ittiham edib. Bu barədə bloka daxil olan Moldova Respublikası Sosialistlər Partiyasının bəyanatında deyilir.
“Təşviqat kampaniyası zamanı biz təxminən 45 qanun pozuntusu ilə bağlı şikayət vermişik. Təkcə seçki günü yüksək vəzifəli dövlət məmurları tərəfindən təbliğat-təşviqat kampaniyası, seçicilərin xaricə mütəşəkkil daşınması, Dnestryanı bölgədən olan vətəndaşların hüquqlarının pozulması və digər dəhşətli hadisələrlə bağlı 10 şikayət daxil olub”, – deyə məlumatda qeyd olunub. (Tass)
