Moldova Ədliyyə Nazirliyi “Vətənpərvərlər Bloku”nun tərkibində seçkilərdə iştirak edən Qaqauzların keçmiş lideri İrina Vlahın rəhbərlik etdiyi “Moldovanın ürəyi” müxalifət partiyasının fəaliyyətini dayandırmaq üçün Apellyasiya Məhkəməsinə müraciət edib.
“Nazirlik partiyanı qeyri-qanuni maliyyələşmədə şübhəli bilinən Mərkəzi Seçki Komissiyasının tələbi ilə partiyanın fəaliyyətinin 12 ay müddətinə məhdudlaşdırılmasını tələb edib”, – deyə nazirliyin saytında bildirilir. (Tass)
