Avqust 18, 2026-22:52
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

“Moody`s”: Tənzimləmə islahatları Azərbaycanın bank sektorunun dayanıqlılığını gücləndirib

2026:01:22 - 11:03
in İQTİSADİYYAT
A A
Azərbaycanın bank sahəsində tənzimləmə və nəzarətin davamlı şəkildə təkmilləşdirilməsi sektorun dayanıqlılığının gücləndirilməsinə kömək edir.

“Report” “Moody`s” beynəlxalq reytinq agentliyinə istinadən xəbər verir ki, bu, bankların aktivlərinin sabit keyfiyyətində, ehtiyatların yetərli səviyyəsində və kapitalın güclü mövqelərində əks olunur.

Agentlik qeyd edib ki, Azərbaycanın bank sektoru üçün “baa” səviyyəsində risk qiymətləndirməsi bank sisteminin nisbətən kiçik miqyasını əks etdirir ki, bu da əhəmiyyətli şərti öhdəliklərin yaranması risklərini məhdudlaşdırır.

“Bank sektorunda islahatların həyata keçirilməsi, o cümlədən likvidlik və risklərin idarə edilməsi sahəsində Bazel III tələblərinin tətbiqi bank sisteminin sabitliyinə daha da kömək edəcək”, – hesabatda qeyd olunub.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin ötən il dekabrın 16-da qəbul etdiyi qərarla “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nda dəyişikliklər edilib. Nəticədə bank kapitalının strukturu, kapital adekvatlığı əmsalları, kapital buferləri və bir sıra digər tələblər və tənzimləmələr Bazel III standartlarına uyğunlaşdırılıb.

Yeni kapital strukturuna adaptasiyası, bankdaxili qayda və prosedurlarının yeni requlyativ tələblərə uyğunlaşdırılması, eləcə də sektorda zəruri təlimlərin keçirilməsi və yeni yanaşmaların prudensial hesabatlığa inteqrasiyası üçün banklara 1 illik keçid dövrü verilib.

Belə ki, yeni tələblərə 1 yanvar 2027-ci ildən tam riayət olunması banklardan tələb ediləcək.

Əvvəlki Yazı

“Roblox” oyun platformasının uşaqlar arasında yayılması narahatlıq doğurub

Növbəti Yazı

Ötən il KOBİA 7 mindən çox sahibkarın bilik və bacarıqlarını artırıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.