İyul 1, 2026-12:08
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Müasir texnoloji həllər Azərbaycanın su təhlükəsizliyinin gücləndirilməsində mühüm rol oynayır

2026:02:19 - 14:38
in İQTİSADİYYAT
A A

Elmi əsaslı yanaşmalar və müasir texnoloji həllər Azərbaycanın su ehtiyatlarının davamlı təminatında və su təhlükəsizliyinin gücləndirilməsində mühüm rol oynayır. Hidrogeoloji modelləşdirmə, rəqəmsal xəritələşdirmə və GIS texnologiyaları su ehtiyatlarının daha dəqiq qiymətləndirilməsinə, risklərin proqnozlaşdırılmasına və səmərəli planlaşdırmaya imkan yaradır.

Bu barədə AZƏRTAC-a açıqlamasında geoloji mühəndislik və hidrogeologiya üzrə ixtisaslaşmış layihə meneceri, hidrogeoloq Fikrət Dünyamalıyev bildirib.

Fikrət Dünyamalıyev bildirib ki, su anbarları su ehtiyatlarının tənzimlənməsi və mövsümi qeyri-bərabərliyin kompensasiya olunmasında strateji əhəmiyyət daşıyır. “Su anbarları daşqın sularının idarə olunması, quraqlıq dövrlərində su təminatının sabit saxlanılması, kənd təsərrüfatı, içməli su və energetika sektorlarının tələbatının ödənilməsi baxımından mühüm funksiyalar yerinə yetirir. Bu obyektlərin elmi əsaslarla istismarı və müasir monitorinq sistemləri su itkilərinin azaldılmasına və ekoloji tarazlığın qorunmasına xidmət edir”, – deyə Fikrət Dünyamalıyev qeyd edib.

Hidrogeoloq vurğulayıb ki, kənd təsərrüfatında innovativ suvarma texnologiyalarının, o cümlədən damcı suvarma və ağıllı sulama sistemlərinin tətbiqi suyun səmərəli istifadəsini təmin etməklə su ehtiyatlarının qorunmasına əhəmiyyətli töhfə verir. Bu yanaşmalar suyun tələbat əsasında paylanmasını təmin edir, israfın qarşısını alır və su ehtiyatlarının dayanıqlı istifadəsini gücləndirir.

F.Dünyamalıyevin sözlərinə görə, mövcud infrastrukturun modernləşdirilməsi və ağıllı monitorinq sistemləri ilə birlikdə, su anbarları və innovativ suvarma texnologiyaları üzrə kompleks idarəetmə yanaşmaları uzunmüddətli perspektivdə ölkənin su təhlükəsizliyinin möhkəmləndirilməsində əsas amillərdən biridir.

Əvvəlki Yazı

Azərbaycan qiymətli məhsulların ixracından gəlirlərini 57 %-ə yaxın artırıb

Növbəti Yazı

Təranə Yusifova: Gənclərin xor sənətinə həvəs göstərməsi çox sevindirici haldır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.