NATO ölkələri ötən həftə Polşada baş verən pilotsuz uçuş aparatı (PUA) insidentinin qiymətləndirilməsi ilə bağlı konsensusa gələ bilmir. Bu barədə Amerikanın CNN telekanalı mənbələrə istinadən məlumat yayıb.
“Bizim sadəcə olaraq düzgün nəticə çıxarmaq üçün kifayət qədər məlumatımız yoxdur” dedi Amerika mənbəsi. Bununla belə, adının açıqlanmasını istəməyən Qərb kəşfiyyat rəsmisi televiziya kanalına deyib ki, onun agentliyi hadisənin qəsdən baş verdiyinə inanır.
CNN-in bir neçə mənbəsi, o cümlədən yüksək səviyyəli kəşfiyyat rəsmiləri, dronların sadəcə olaraq elektron müharibə ilə hədəflərindən yayındırıldığına inanırlar.
Sentyabrın 10-da səhər saatlarında Polşa Ordusunun əməliyyat komandanlığı ölkənin hava məkanını pozan PUA kimi müəyyən edilən bir neçə obyektin məhv edildiyini açıqlayıb. Baş nazir Donald Tuskun sözlərinə görə, sentyabrın 9-dan 10-na keçən gecə 19 hava məkanı pozuntusu qeydə alınıb. Hadisədən sonra NATO Polşanın xahişi ilə alyans üzvləri arasında məsləhətləşmələrə başlamaq üçün Şimali Atlantika Müqaviləsinin 4-cü maddəsinə istinad edib. (Tass)
