Avqust 12, 2026-15:23
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Naxçıvan Azərbaycanın inkişafında strateji mövqeyini sürətlə gücləndirir

2026:08:12 - 13:53
in SİYASƏT
A A
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ilə yanaşı, Naxçıvan da ölkənin dinamik tərəqqi xəritəsində xüsusi yer tutur. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın muxtar respublikaya səfəri Naxçıvanın artan strateji əhəmiyyətinin növbəti bariz göstəricisidir.

Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib.

O qeyd edib ki, onilliklər ərzində nəqliyyat blokadasının yaratdığı çətinliklərə baxmayaraq, Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin məqsədyönlü siyasəti sayəsində Naxçıvanda güclü infrastruktur, energetika, sənaye, kənd təsərrüfatı və sosial bünövrə formalaşdırılıb:

“Məhz bu sağlam iqtisadi təməl bu gün muxtar respublikanın keyfiyyətcə yeni inkişaf mərhələsinə keçməsini təmin edir.

 

Kamran Bayramov

44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbədən, ərazi bütövlüyünün tam bərpasından və Vaşinqton razılaşmalarından sonra Naxçıvanın geoiqtisadi rolu əhəmiyyətli dərəcədə artıb. Uzun illər muxtariyyətin inkişafını məhdudlaşdıran coğrafi mövqe artıq onun əsas üstünlüklərindən birinə çevrilir. Azərbaycanın əsas ərazisi ilə birbaşa quru əlaqəsinin bərpası perspektivi, xüsusən TRIPP layihəsinin reallaşması Naxçıvanı Azərbaycan-Naxçıvan-Türkiyə-Avropa dəhlizinin mühüm halqasına çevirəcək. Bu marşrut ölkənin əsas ərazisi vasitəsilə Xəzər dənizinə və Mərkəzi Asiyaya çıxış əldə edir. Türkiyə və İranla birbaşa həmsərhəd olan muxtar respublika Cənubi Qafqazı eyni vaxtda Türkiyə, İran və Mərkəzi Asiya istiqamətləri ilə birləşdirən unikal nəqliyyat qovşağı potensialı qazanır. Beləliklə, Naxçıvan tədricən son məntəqədən beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişmə mərkəzinə çevrilir”.

K.Bayramov qeyd edib ki, bu yeni mərhələyə hazırlıq artıq geniş miqyasda həyata keçirilir:

“Naxçıvan Muxtar Respublikasının 2023–2027-ci illər üzrə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı infrastruktur, sahibkarlıq, sənaye, kənd təsərrüfatı, energetika və turizmi əhatə edir. Xüsusilə yaşıl energetika sahəsində ciddi irəliləyişlər mövcuddur; muxtar respublika yaşıl enerji zonası elan olunub və 2024-cü ildə istehsal edilən elektrik enerjisinin təxminən 48%-i bərpa olunan mənbələrin payına düşüb. Gələcəkdə Günəş elektrik stansiyalarının tikintisi və Azərbaycan-Naxçıvan-Türkiyə-Avropa enerji dəhlizinin inkişafı nəzərdə tutulur. Eyni zamanda, iqlim imkanları, irriqasiya sistemlərinin modernləşdirilməsi və nəqliyyat əlaqələrinin açılması kənd təsərrüfatı və emal sənayesi məhsullarının Azərbaycan və Türkiyə bazarlarına rahat çıxışını təmin edəcək”.

Bununla yanaşı, deputat vurğulayıb ki, yeni avtomobil və dəmir yolları faydalı qazıntıların və sənaye məhsullarının daşınma xərclərini azaldaraq dağ-mədən və sənaye sektorlarının cəlbediciliyini kəskin artırır.

Əvvəlki Yazı

Naxçıvanda 5 hektar ərazidə 16 yaşayış binası inşa ediləcək

Növbəti Yazı

Sabah 37 dərəcə isti olacaq

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.