Avqust 19, 2026-15:55
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Naxçıvan DOST Mərkəzinin xidmətlərindən ilk günlərdə 300-dək vətəndaş faydalanıb

Yenicə fəaliyyətə başlayan Naxçıvan Regional DOST Mərkəzinin xidmətlərindən elə ilk günlərdə 300-dək vətəndaş faydalanıb.

Teleqraf xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, vətəndaşlar əsasən pensiya, müavinət, sosial xidmətlər, aktiv məşğulluq proqramları və əlillik məsələləri ilə bağlı müraciət ediblər. DOST konsepsiyasına uyğun olaraq müxtəlif sosial istiqamətlər üzrə xidmətlərin “bir pəncərə” prinsipi əsasında, şəffaf və çevik şəkildə göstərilməsi təmin olunub.

Avqustun 11-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı olan mərkəzdə əlilliyi olan şəxslərin tibbi-sosial ekspertizası, reabilitasiya xidmətləri və vasitələri ilə təminat üçün göndərişlərin rəsmiləşdirilməsi xidmətləri də həyata keçirilir.

164 sosial xidmətin vahid məkanda təqdim edildiyi, 117 işçi və 50 könüllünün çalışdığı mərkəzdə gün ərzində orta hesabla 500-600 vətəndaşın qəbulu nəzərdə tutulur. Burada xidmətlər qeydiyyat məhdudiyyəti olmadan göstərilir.

Yaxın dövrdə Naxçıvan Muxtar Respublikasının bütün rayonlarında DOST qəbul şöbələrinin yaradılması da planlaşdırılır.

Medial
Medial
Medial
Medial
Medial
Medial
Medial
Telegram