İyul 2, 2026-3:18
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Naxçıvan Dövlət Universiteti ilə İstanbul Texniki Universiteti birgə laboratoriyalar yaradacaqlar

2026:02:12 - 14:43
in SOSİAL
A A

Naxçıvan Dövlət Universiteti ilə İstanbul Texniki Universiteti arasında nanotexnologiya və energetika sahələrində birgə laboratoriyaların yaradılması istiqamətində əməkdaşlıq həyata keçiriləcək.

Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tərəflər doktorantura proqramları, ikili diplom, startup layihələri və yay-qış məktəbləri üzrə əməkdaşlığı genişləndirəcək. Bu barədə fevralın 10-da keçirilən görüş zamanı razılıq əldə olunub.

Görüş çərçivəsində Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev ilə İstanbul Texniki Universitetin rektoru, professor Hasan Mandal elmi rəqabətliliyin artırılması, tələbə və müəllim mübadiləsinin genişləndirilməsi, magistratura və doktorantura səviyyələrində birgə proqramların təşkili, elmi tədqiqatların aparılması və ortaq layihələrin icrası istiqamətlərində əməkdaşlığı prioritet kimi müəyyən ediblər. Eyni zamanda, “Kompüter mühəndisliyi” və “Rəqəmsal texnologiyalar” ixtisasları üzrə doktorantura təhsili və elmi rəhbərlik sahəsində əməkdaşlıq, birgə elmi-tədqiqat layihələrinin hazırlanması da planlaşdırılır.

Tərəflər NDU və İTÜ tələbələrinin iştirakı ilə “Agrotech”, “EdTech”, enerji texnologiyaları və süni intellekt əsaslı tətbiq sahələrini əhatə edən “Startup Bootcamp” layihəsinin icrasını nəzərdə tutur.

Razılaşmaya əsasən, Naxçıvan və İstanbul şəhərlərində “Advanced Engineering & Technology School” çərçivəsində 2–3 həftəlik yay və qış məktəbləri təşkil ediləcək. Proqram çərçivəsində süni intellekt və “Data Science”, robototexnika, kibertəhlükəsizlik istiqamətlərində təlimlər keçiriləcək.

Görüş zamanı texnopark sahəsində əməkdaşlıq, birgə layihələrin icrası, İTÜ-nün bu istiqamətdə təcrübəsindən yararlanmaq və birgə seminarların təşkili məsələləri də müzakirə olunub. Süni intellekt texnologiyaları, kompüter, elektrik və elektronika mühəndisliyi sahələri üzrə ikili diplom proqramlarının yaradılması əsas prioritetlərdən biri kimi vurğulanıb. Bildirilib ki, bu əməkdaşlıq hər iki universitetin elmi potensialının birləşdirilməsi, innovativ mühitin gücləndirilməsi və beynəlxalq səviyyədə rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanması baxımından mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, universitetlər arasında ilk əməkdaşlıq protokolu 2022-ci ildə imzalanıb, 2025-ci ildə isə mövcud müqavilə yenilənib.

Əvvəlki Yazı

Tikinti ekologiyası və Dünya Şəhərsalma Forumu: Azərbaycanın strateji mövqeyi

Növbəti Yazı

Rəqəmsal transformasiya və intellektual suverenlik: milli inkişafın yeni strateji arxitekturası

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.