İyun 29, 2026-13:03
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Naxçıvan Dövlət Universitetində Doktorantların və gənc tədqiqatçıların Respublika elmi konfransı keçiriləcək

2026:05:18 - 11:24
in SOSİAL
A A

Oktyabrın 15-16-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Doktorantların və gənc tədqiqatçıların Respublika Elmi Konfransı (NASCO29)” keçiriləcək.

Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, konfransın əsas məqsədi doktorant və gənc tədqiqatçılar üçün elmi nəticələrin təqdimatı, aktual problemlərin müzakirəsi, yeni əməkdaşlıq əlaqələrinin qurulması və innovativ ideyaların inkişafı üçün geniş platforma yaratmaqdır. Konfransda ölkənin bütün bölgələrindən və müxtəlif elmi istiqamətlərdən olan gənc alimlər bir araya gələcək.

Elmin bütün sahələrini əhatə edəcək NASCO29 çərçivəsində iştirakçılar elmi polemikalar aparmaq, təcrübə mübadiləsi etmək və multidisiplinar yanaşmalar formalaşdırmaq imkanı əldə edəcəklər. Konfrans gənc tədqiqatçıların elmi potensialının üzə çıxarılması və akademik mühitdə yeni təşəbbüslərin təşviqi baxımından mühüm əhəmiyyət daşıyır. Təqdim olunacaq məqalə və tezislər ciddi elmi ekspertiza və resenziya mərhələsindən keçiriləcək, həmçinin akademik dürüstlük və etik prinsiplərə uyğunluğu yoxlanılacaq. Qəbul edilən materiallar konfransın rəsmi toplusunda dərc olunacaq.

Tədbirlə bağlı ətraflı məlumat, tezis tərtibatı qaydaları və qeydiyyat prosesi ilə bağlı konfrans.ndu.edu.az saytına müraciət etmək mümkündür.

Əvvəlki Yazı

Gələn ay Ombudsmanların Bakı Sammiti keçiriləcək

Növbəti Yazı

Folklor İnstitutunda gözbağlıca oyunlarının eposdakı transformasiyası araşdırılıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.