May 8, 2026-15:29
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

“Naxçıvan – memar Əcəmi irsi” gümüş sikkəsi təqdim olunub

2026:05:08 - 10:20
in İQTİSADİYYAT
A A
“AzerGold” QSCn Naxçıvan memarlıq məktəbinin banisi, dahi memar Əcəmi Əbubəkr oğlu Naxçıvaninin zəngin irsini əks etdirən gümüş xatirə sikkəsini təqdim edib.

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində hazırlanmış bu xüsusi buraxılış dahi memarın 900 illik yubileyinə həsr olunub. Xatirə sikkəsi dahi memarın zəngin irsini yaşatmaqla yanaşı, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası ərəfəsində Azərbaycanın tarixi memarlıq ənənələri ilə müasir şəhərsalma yanaşmaları arasında bağlılığın təbliğinə yönəlmiş simvolik töhfədir. Unikal gümüş sikkə mötəbər tədbir ərəfəsində beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycanın zəngin memarlıq irsinə yönəltməyi hədəfləyir.

Azərbaycanın orta əsr memarlıq ənənələrini özündə əks etdirən yeni gümüş sikkənin konseptual dizaynı tarixi varisliklə müasir innovasiyaların vəhdəti prinsipi əsasında hazırlanıb. Azərbaycanın dünya sivilizasiyasına bəxş etdiyi nadir memarlıq inciləri sikkə üzərində numizmatika sahəsində texnoloji yenilik sayılan “Smartminting” texnologiyasının tətbiqi ilə həkk edilib. Metal səthdə dahi memarın daş üzərində yaratdığı zərif detallar və mürəkkəb teksturalar təbii rənglərinə uyğun olaraq ultra yüksək relyefli təsvirlər şəklində yüksək dəqiqliklə əks olunub.

Sikkənin tərtibatında Naxçıvan şəhərində yerləşən və Əcəmi dühasının məhsulu olan Möminə Xatun məqbərəsi, Yusif ibn Küseyir türbəsi, Möminə Xatun məqbərəsinin önündə yerləşən qoşa minarəli baştağ, həmçinin Əcəmi memarlıq məktəbinin nümunələrindən sayılan Qarabağlar türbəsi vahid kompozisiya şəklində təqdim edilib.

Yeni sikkə limitli sayda olmaqla, həm kolleksiyaçılar, həm də mədəni irsə maraq göstərən geniş auditoriya üçün nəzərdə tutulub. Bakı şəhəri, Bülbül prospekti 3 ünvanında yerləşən Satış və mübadilə mərkəzində, həmçinin www.azergold.gift onlayn satış platformasında sikkə nümunələri ilə tanış olmaq və əldə etmək mümkündür.Report.

Əvvəlki Yazı

Lalə Süleymanova: Məşhurluq teatrda bilet satdırmır

Növbəti Yazı

Mustafa Aşurov: Prezident mükafatı yaradıcı insanların əməyinə verilən ən yüksək dəyərdir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.