İyun 1, 2026-5:02
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib

2025:12:01 - 17:36
in SİYASƏT
A A

Dekabrın 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sədrliyi ilə yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin payız sessiyasının növbəti iclası keçirilib.

Ali Məclisin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, iclasın gündəliyinə “Naxçıvan Muxtar Respublikasının 2023-cü il 1 avqust tarixli Qanunu ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun layihəsinin (üçüncü oxunuş) müzakirəsi və Samiq Asəf oğlu Sadıxovun Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri vəzifəsindən azad edilməsi məsələsi daxil edilib.

Gündəlikdə duran birinci məsələnin müzakirəsi zamanı Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov bildirib ki, qanun layihəsi 7 noyabr 2025-ci il tarixdə Ali Məclisin iclasında ikinci oxunuşda müzakirə edilib. Hüquq siyasəti komitəsi tərəfindən üçüncü oxunuş üçün hazırlanmış qanun layihəsi baxılması üçün Ali Məclisin iclasının gündəliyinə daxil edilib.

Qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi ilə əlaqədar Hüquq siyasəti komitəsinin sədri Əjdər Əliyev məlumat verdikdən sonra “Naxçıvan Muxtar Respublikasının 2023-cü il 1 avqust tarixli Qanunu ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu səsə qoyularaq qəbul olunub.

İclasın gündəliyində duran ikinci məsələnin müzakirəsi zamanı Samiq Asəf oğlu Sadıxovun Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri vəzifəsindən azad edilməsi ilə əlaqədar təqdimat və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərar layihəsi diqqətə çatdırılıb. Sonra qərar səsə qoyularaq qəbul olunub.

 

 

 

 

Əvvəlki Yazı

Azərbaycanda daha 33 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

Növbəti Yazı

Azərbaycan, Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması bir-biri ilə sıx bağlı olan prosesdir – ŞƏRH

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.