Avqust 10, 2026-22:15
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Naxçıvanda 700 ev təsərrüfatında büdcə tədqiqatı aparılır

2026:08:10 - 15:38
in İQTİSADİYYAT
A A

Naxçıvan Muxtar Respublikasında əhalinin həyat səviyyəsi, gəlir və xərcləri, eləcə də istehlak strukturunun öyrənilməsi məqsədilə ev təsərrüfatı büdcələrinin növbəti seçmə tədqiqatına başlanılıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, rüblük əsasda keçirilən tədqiqat muxtar respublika üzrə ümumilikdə 700 ev təsərrüfatını əhatə edir. Seçmə çərçivəsində Naxçıvan şəhərindən 131, Şərur rayonundan 175, Babək rayonundan 88, Ordubad və Culfa rayonlarının hər birindən 87, Kəngərli, Şahbuz və Sədərək rayonlarının hər birindən isə 44 ev təsərrüfatı sorğuya cəlb olunub.

Statistik müşahidə zamanı hər bir ev təsərrüfatı üçün 14 günlük monitorinq dövrü müəyyən edilib. Bu müddətdə ərzaq və qeyri-ərzaq məhsullarının alınmasına və xidmətlərə çəkilən xərclərin, həmçinin şəxsi həyətyanı və digər təsərrüfatlardan, kənd təsərrüfatı fəaliyyətindən və hədiyyə şəklində əldə olunaraq istehlak edilən məhsulların uçotu aparılır. Eyni zamanda, rüb ərzində geyim, mənzil-kommunal, səhiyyə, ev əşyaları üzrə xərclər, eləcə də gəlir mənbələri və əmək fəaliyyətinə dair ətraflı məlumatlar toplanır.

Tədqiqat nəticəsində əldə olunan statistik göstəricilər İstehlak Qiymətləri İndeksinin hesablanmasında, Milli Hesablar Sisteminin aparılmasında, həmçinin əhalinin sosial müdafiəsi üzrə həyata keçirilən tədbirlərin hazırlanmasında mənbə kimi istifadə olunur.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 22 noyabr tarixli Qərarına əsasən, gəlir və xərclərinin uçotunu aparan ev təsərrüfatlarına ödəniş edilir. Bu çərçivədə Naxçıvan Muxtar Respublikası üzrə seçilmiş 700 ev təsərrüfatına rüblük 21 min manat, il ərzində isə ümumilikdə 84 min manat vəsait ayrılır.

Əvvəlki Yazı

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 11 %-ə yaxın artıb

Növbəti Yazı

Ordubaddakı “Ərbabın iş yeri” adlı binanın bərpasının gələn ilin sonunadək yekunlaşdırılması planlaşdırılır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.