Naxçıvanda 27 Sentyabr – Anım Günü qeyd edilir.
APA-nın yerli bürosu xəbər verir ki, 27 Sentyabr – Anım Günü münasibətilə Naxçıvan şəhər qəbiristanlığında və muxtar respublikada bütün şəhid məzarları ziyarət olunub, dualar oxunub.
Müharibədən sonra Naxçıvan Əlahiddə Ümumqoşun Ordusundan 4 nəfər (2 şəhid, 2 hazırda xidmətdədir) Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb. Həmçinin 1 nəfər Zəfər, 1 nəfər Qarabağ, 18 nəfər Azərbaycan bayrağı, 12 nəfər Rəşadət ordeni ilə təltif olunub. Digər hərbi qulluqçularda müxtəlif medallarla təltif olunub.
