May 26, 2026-15:36
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Naxçıvanda tətbiq edilən vergi və sosial sığorta güzəştləri barədə sahibkarlarla görüş keçirilib

2026:01:21 - 13:33
in İQTİSADİYYAT
A A

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Naxçıvan Şəhər Vergilər İdarəsinin fəaliyyət dairəsinə daxil olan sahibkarlıq subyektlərinin nümayəndələri ilə görüş keçirilib.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbirdə mikro və kiçik sahibkarlar iştirak ediblər.

Görüş zamanı Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlıq subyektlərinə 2026-cı il yanvarın 1-dən etibarən 10 il müddətində tətbiq edilən vergi və sosial sığorta güzəştləri barədə ətraflı məlumat verilib.

Bildirilib ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin əsas istiqamətləri sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, büdcə gəlirlərinin tənzimlənməsi, vergi nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi və “kölgə iqtisadiyyatı”na qarşı mübarizə ilə bağlıdır. “Sosial sığorta haqqında” qanuna edilən dəyişikliklər isə sahibkarların sosial sığorta yükünün optimallaşdırılmasını və Naxçıvan Muxtar Respublikasında ödənilən məcburi dövlət sosial sığorta haqlarının dövlət büdcəsi hesabına subsidiyalaşdırılmasını nəzərdə tutur.

Qeyd olunub ki, tətbiq olunan uzunmüddətli vergi və sosial güzəşt mexanizmləri Naxçıvan Muxtar Respublikasında istehsalın genişləndirilməsinə, yeni iş yerlərinin açılmasına, yerli sahibkarlığın inkişafına və regionun iqtisadi potensialının daha da güclənməsinə mühüm töhfə verəcək.

Sonra sahibkarları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Əvvəlki Yazı

Prezident İlham Əliyev Azərbaycanın regional aktordan Avrasiya miqyaslı geoiqtisadi mərkəzə çevrilmək niyyətini açıq şəkildə nümayiş etdirdi – RƏY

Növbəti Yazı

QMİ: Həcc ziyarəti ilə bağlı kvotanın 60 faizdən çoxu tamanlanır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.